Bu yaxınlarda Brüssel tədricən elektrik avtomobillərin istifadəsini tətbiq edən növbəti Avropa şəhəri olub.
ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, ilk addım - şəhərdə Avropa İttifaqı məmurlarını daşıyacaq elektrik mühərrikli 34 taksinin peyda olmasıdır. Elektrik avtomobillərin Brüsselin taksoparklarında istifadə olunması perspektivdə ətraf mühitin çirklənməsini azaltmaq məqsədini güdür.
Hələ ki, şəhər rəhbərliyi elektrik avtomobillərin aktiv istifadə olunmasına mane olur və bunu bu avtomobillərin bahalılığı ilə izah edir.
Ancaq mobillik və regionun ictimai işləri naziri Paskal Smet əmindir ki, ekoloji nəqliyyat daşımaları uğrunda mübarizə uğurla başa çatacaq.
Mənbə: ANS PRESS