Qadin.NET / Yaz havası olacaq

Yaz havası olacaq

 

Yaz havası olacaq

Ölkədə yağmursuz, mülayim hava gözlənilir

 

Sabah və yaxın 2-3 gün ərzində ölkə ərazisində nisbətən sabit, yağmursuz hava gözlənilir. Səhər və axşam bəzi yerlərdə, o cümlədən Abşeron yarımadasında duman olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın ANS PRESS-ə verdiyi məlumata görə, yaxın 2-3 gün ərzində temperatur bir qədər yüksələcək. Mülayim cənub küləyi əsəcək, oktyabrın 27-də nisbətən güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 13 dərəcəyə yaxın, gündüz 16-21 dərəcəyə qədər yüksələcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 
Aran rayonlarında temperatur gecə 6-11 dərəcə, gündüz 20 dərəcəyə yaxın, dağlıq ərazilərdə gecə 5 dərəcəyə yaxın, gündüz saatlarında 8-13 dərəcə isti olacaq.

Mənbə:ANS PRESS 

21 oktyabr 2014
GO BACK