Qadin.NET / Ermənistan yanlış yolda

Ermənistan yanlış yolda

 

Ermənistan yanlış yolda

"Azərbaycanla və digər ölkələrlə münasibətlərimizim inkişafı üçün güclü imkandır. Mən Ermənistan ətrafında baş verən son hadisələrdən narahatam. Onlar yanlış yolda irəliləyirlər."
ANS PRESS-in məlumatına görə, bunu Avropa Parlamentinin Litvadan olan deputatı, Avropa İttifaqının Azərbaycan, Ermənistan və Gürcüstan parlamentlərarası əməkdaşlıq komissiyasının sədr müavini Antanas Quoqa deyib.
O, eunews.az-a müsahibəsində Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan parlamentlərarası əməkdaşlıq komitəsinin qarşıda duran məqsədləri və çətinlikləri barədə də danışıb: "Buraya hər şeydən əvvəl Ermənistanla Azərbaycan arasında olan münaqişə daxildir. Fikrimcə, hər birimiz bütün tərəflər üçün rifah halı yaratmaq üçün praqmatik, ağıllı olmalıyıq. Biz xüsusilə də Azərbaycana Avropa İttifaqının böyük tərəfdaşı kimi baxırıq. Avropa İttifaqı regiona böyük hörmət bəsləyir."

Mənbə: ANS PRESS

 

21 oktyabr 2014
GO BACK