Qadin.NET / Bakıda ən qorxulu yerlər

Bakıda ən qorxulu yerlər

 

Bakıda ən qorxulu yerlər

Azərbaycanda sürüşməyə ən çox meyilli olan zonalar cənub və şimal bölgələridir. Hazırda Bakıdakı sürüşmə zonalarında vəziyyət sabitdir.
ANS PRESS-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının son zamanlar apardığı monitorinqlər zamanı sürüşmə zonalarında aktivləşmə olmadığı aşkarlanıb. 
Ekspertlərin fikrincə, ölkənin qərb və aran zonasını çıxmaq şərti ilə digər ərazilərdə torpaq sürüşmələri vaxtaşırı qeydə alınır. Ölkə paytaxtında Bayıl, Zığ, Masazır, Əhmədli sürüşməyə meyilli zonalara daxildir. Həmin sahələrdə sürüşmə prosesinin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib, istinad divarları inşa edilib, sürüşmənin aktiv olduğu ərazilərdə torpağa slaylar vurulub, ağaclar əkilib. Abşeron yarımadası üzrə sürüşmə zonalarının xəritəsini hazırlanıb icra hakimiyyətlərinə təqdim olunub. Həmin xəritədə təhlükəli zonalar göstərilir və həmin ərazilərdə təsərrüfat işləri aparılmaması tövsiyə olunur. 
AMEA Hidrogeologiya və mühəndis-geologiya şöbəsindən bildirilib ki, ümumiyyətlə, torpaq sürüşməsi təkcə təbii səbəblərlə bağlı deyil. Geoloji fəlakətlərin ən təhlükəli növlərindən biri olan torpaq sürüşmələrinin əmələ gəlməsində təbii amillər- atmosfer yağıntıları ilə yanaşı, texnogen amillər - ağacların kəsilməsi, yaxud heç olmaması, qrunt suların əraziyə axıdılması, antropogen amillər- ağacların torpaqdakı rütubəti yarpaqları vasitəsilə transpirasiya etməsi nəticəsində torpaq rütubətinin azalması, dağ yollarında ağır tutumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması və sairə böyük rol oynayır. Atmosfer yağıntılarının miqdarının artması sürüşmə prosesini bir tərəfdən aktivləşdirirsə, digər tərəfdən texnogen amillər mənfi təsirini göstərir. Bakı şəhərinə il ərzində 300 milyon yağıntı düşür.
Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen faktorlar səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər. 
İndi bölgələrdə müəyyən sahələrdə sürüşmə prosesinin qarşısını alınması üçün addımlar atılır. Belə ki, sürüşmə zonası ərazilərdə fərdi tikinti işlərinin aparılmasına icazə verilmir. Əlaqədar qurumlar texnogen amillərin təsirini azaltmağa çalışırlar. Ölkənin şimal hissəsində yeni meşə solaqları alınır. Son vaxtlarda on minlərlə ağac əkilib. Yeni şəhərsalma planında yaşıllıq ərazilərin genişləndirilməsinə, yeni parkların, meşə zolaqların salınmasına önəm verilir. 

Mənbə: ANS PRESS

 

21 oktyabr 2014
GO BACK