Qadin.NET / Moskvada təyyarə qəzası

Moskvada təyyarə qəzası

Moskvada təyyarə qəzası
Moskvada Fransa istiqamətində havaya qalxan təyyarə qəzaya uğrayıb.ANS PRESS-in məlumatına görə, Rusiyanın paytaxtı Moskvada Vnukovo beynəlxalq hava limanından Paris istiqamətində uçan “Falcon” tipli şəxsi təyyarənin motorunda havada ikən gözlənilməz şəkildə yanğın meydana gəlib. Yanğın baş verdikdən sonra təcili eniş edən təyyarə uçuş zolağındakı qartəmizləmə texnikasının üstünə düşüb. İlkin məlumatlara əsasən, qəza nəticəsində təyyarədəki 3 pilot və bir sərnişin, eləcə də qartəmizləmə işi ilə məşğul olan bir nəfər dünyasını dəyişib. Təyyarədəki sərnişinin “Total” neft şirkətinin prezidenti və icraçı direktoru Kristof De Marger olduğu bildirilir. Qəzadan sonra hava limanı müvəqqəti olaraq uçuşlarını dayandırıb, bəzi təyyarələr Domodedovo hava limanına yönləndirilib.Hadisə ilə bağlı araşdırma işləri aparılır.

Mənbə: ANS PRESS

21 oktyabr 2014
GO BACK