Qadin.NET / Ermənistanda bundan sonra nə olacaq?

Ermənistanda bundan sonra nə olacaq?

 

Ermənistanda bundan sonra nə olacaq?

"Ermənistanda hakimiyyət böhranını növbədənkənar qaydada parlamentdə müzakirə etmək lazımdır".ANS PRESS-in məlumatına görə, bu barədə Erməni Milli Konqresinin rəhbəri Levon Zurabyan bildirib. Onun sözlərinə görə, müxalifətin növbədənkənar iclas keçirmək istəyi sadəcə təklifdən ibarət deyil:"Məsələ ondadır ki, Ermənistan hakimiyyətində böhran müşahidə edilir", - deyə Zurabyan deyib.
Həmçinin, o əlavə edib ki, hakimiyyətin uğursuz idarəçiliyi bütün sahələrdə - iqtisadi və sosial sahədə, eləcə də daxili və xarici siyasətdə iflasa gətirib çıxarıb. Bütün bunlar, hər şeydən əvvəl kütləvi mühacirətə gətirib çıxarıb: "Gecikmək olmaz. Bütün xalq "Bundan sonra nə olacaq?" sualına cavab gözləyir"- deyə millət vəkili bildirib.

Mənbə: ANS PRESS

 

21 oktyabr 2014
GO BACK