Portuqaliyalı furbolçu Kriştiano Ronaldo daha bir rekord qırıb.ANS PRESS-in məlumatına görə, "Levante" ilə oyunda dubl edən "Real"ın ulduzu La Liqanın ilk 8 həftəsində vurduğu qolların sayını 15-ə satdırıb.Bununla o, 70 illik rekordu qırıb. Belə ki, 1943/44 mövsümündə Esteban Eçevarriya ilk 8 turda 14 qola imza atmışdı. Ronaldo "Levante" ilə oyundakı ilk qolu ilə onun rekordunu təkrarlayıb, dublunu rəsmiləşdirməklə isə 70 illik rekordu qırıb.
Mənbə: ANS PRESS