17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qələbə qazanıb.ANS PRESS-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadla verdiyi məlumata görə, Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Xorvatiyanın “Umag Mladost” klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qalib gəlib.
Qolları Fərid Nəbiyev və Qara Qarayev vurub.Qeyd edək ki, 17 yaşlı futbolçulardan ibarət yığma komandamız bir qədər əvvəl Xorvatiyada əsas yığmaya 0:6 hesabı ilə məğlub olmuşdu.
Mənbə: ANS PRESS