Qadin.NET / Şəxsi məlumatları necə qoruyaq?

Şəxsi məlumatları necə qoruyaq?

 

Şəxsi məlumatları necə qoruyaq?

Son günlər Rusiya hökumətinin internet haqqında qanuna etdiyi dəyişikliklər informasiya təhlükəsizliyi sahəsində gizliliyin qorunması problemini yenidən gündəmə gətirib. ANS TV-nin məlumatına görə, qanun Rusiya vətəndaşlarının istifadə etdiyi bütün resurslardan məlumat bazalarını- serverləri məhz bu ölkədə yerləşdirilməsini tələb edir. Hakimiyyətlər üçün istifadəçilərin şəxsi məlumatlarının əlçatanlığı arzuolunandır. Amma qarşı tərəf gizliliyi, şəxsi məlumatların məxfiliyini ən yüksək səviyyədə qorumaq istəyir. 
Ağıllı telefonların barmaq izlərimizin surətini çıxardığı, smartfon, tablet kimi əlimizdən yerə qoymadığımız texnikanın söndürülsə belə səs yazma, şəkil çəkmə funksiyalarının aktiv olduğu bir vaxtda bu mümkündürmü?!
Mütxəssislər bildirir ki, mobil cihaz istehsal edən şirkətlər və böyük internet resurslar istifadəçinin şəxsi məlumatlarını qorumağa borcludur. Onlar şəxslər haqqında gizli informasiyaları yalnız bir halda hökumətlərə, təhlükəsizliklə bağlı qurumlara təhvil verə bilərlər.Ekspert Osman Gündüz deyir ki, ancaq məhkəmə qərarı ilə gizli informasiyalar verilə bilər. Onun sözlərinə görə isə bu hal hər zaman qeydə alınmır. 
Lakin ekspertlər mobil telefonlardan, tablet və komputerlərdən istifadə zamanı şəxsi məlumatların, sosial şəbəkələrdə yayılması istənilməyən informasiyaların ümumiyyətlə yer almasını məqsədəuyğun hesab etmir.

 

Mənbə: ANS PRESS

20 oktyabr 2014
GO BACK