Ötən gün Azrbaycanda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 19-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib. Yağış bəzi ərazilərdə intensivləşib, Lənkəran-Astara zonasında isə güclü olub. Ən çox düşən yağıntının miqdarı Astarada 70 (aylıq normanın 26 faizi), Yardımlıda 53 (aylıq normanın 51 faizi), Lənkəranda 49, Göytəpədə 37 (aylıq normanın 36 faizi), Rvarudda (Lerik) 29, Biləsuvarda 24 (aylıq normanın 52 faizi), Lerik, Kəlvəzdə 19, Ordubad, Salyanda 18, Neftçalada 16 (aylıq normanın 35 faizi), Bakıda və Abşeron yarımadasında 3-15, Naxçıvan MR-da 2-13, Kiçik Qafqazda 4-10, Böyük Qafqazda 1-9, Mərkəzi Aran rayonlarında 1-5 mm təşkil edib.Qubanın Susay məntəqəsində, Qusarın Ləzə stansiyasında, Kəlvəzdə sulu qar, qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlvəzdə 16 sm olub.Şimal-qərb küləyinin sürəti Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarda 30 m/s-dən artıq olub, bir çox rayonlarda isə 15 m/s-dən 27 m/s-dək güclənib. Oktyabrın 19-da Bakıda temperatur günün birinci yarısında iqlim normasından 2 dərəcə yüksək olub, axşama doğru kəskin aşağı düşüb, oktyabrın 20-də gecə və səhər minimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 6-8 dərəcə isti təşkil edib.Çaylarda sululuq artıb, Lənkərançay-Lənkəranda 160, Lənkərançay-Sifidorda 101, Vəşərüçay-Daştatükdə 78 sm olub.
Mənbə: ANS PRESS