Azərbaycanın istiqlal tarixçisi, böyük jurnalist və ustad fikir daşıyıcımız Şirməmməd Hüseynovu dinləmək yerinə düşər. Təkcə ona görə yox ki, bir gün əvvəl Azərbaycan dövlət müstəqilliyi haqqında Konsitusiya aktına düzəlişin, əslində müstəqilliymizin bərpası prosesinin əsasını qoyan tarixi günün 23 ilini qeyd etdi. Həm də ona görə ki, biz bayaqdan danışdıqlarımız Azərbaycanın gözümüzün qabağında necə gücləndyini, nüfuzlu dövlətə çevrildiyini istədiyi ilə işmək. İstəmədiyi ilə işləməmək iradəsini çəkinmədən ortaya qoymaq bacarığını sübuta yetrir. Şirməmməd müəllimin görüşlərinə görə, 1918-ci ildə müstəqil respublika kimi özünü elan etmiş Azərbaycan heç vaxt dövlətini itirməyib. Hətta bolşeviklərin hakimiyyəti dövründə belə. Ona görə də, biz müstəqillik tariximizdən fraqmentar bir fakt kimi danışmırıq, ümumiyyətlə müstəqilliyimizdən danışırıq. İstiqlal salnaməçisi Şirməmməd Hüseynov deyir ki, 88-ci ildə sovet jurnalistləri Türkiyə getmişdik: “Bizi apardılar Türkiyəni başdan-ayağa gəzdirdilər. Bizi gətirdilər İstanbulda Dolmabağça Sarayına - Atatürkün mənzilinə. Onun iş otağına, görüdüm ki, iş otağında şkafda çoxlu kitablar var. Bizi gətirəndən soruşdum ki, bu kitabların içərisində Azərbaycana dair bir əsər var, ya yoxdur? Dedilər bir kitab var. Azərbaycan Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə. Dedim ki, ona baxmaq olar? Bizi gətirən kitabı mənə verdi. Ərəb əlifbası ilə 23-cü ildə yazılmışdı. Baxdım, gördüm ki, yanında ərəb əlfbası ilə Atatürkün qeydləri də var. Dedim ki, bu kitabı oxuyandan sonra Atatürk bu kitabın müəllif haqqında bir şey yazıb, ya yox? Kitabın arxa üzünü cevirdi və dedi ki, yazıb. Mənə dedi ki, Atatürk yazıb: “Mən dünyaya səndən 3 ildən tez göz açmışam. Ancaq bütün türk aləmində türkün cümhuriyyət bayrağını ilk dəfə sən qaldırmısan. Və bayraq enməsin deyə, mən sənin əlindən alıb, Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən, bayraq enməyəcəkdir”. Sonra mən müəyyənləşdirdim ki, Məhəmməd Əmin Rəsulzadə1919-cu ildə Türkiyədə ”Milli hərəkat” adlı məqalə yazıb. Maraqlandım, görəsən, Atatürk haqqında nələr yazır”.ANS-i izləyin. Yaxın vaxtlarda ANS-də Şirməmməd Hüseynovla istiqlal verilişi efirdə olacaq. Canlı tariximizin müəlliflik edəcəyi verilişlə ANS Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə start verir. Doğrudur, 100 illik yubiley 2018-ci ildə olacaq. Amma düşündük ki, qarşıdakı dörd il ərzində biz sizinlə istiqlal tariximizi az qala ilk mənbədən - Şirməmməd müəllimin özündən öyrənəcəyik.
Mənbə: ANS PRESS