Qadin.NET / Ermənistanla sərhəd kəndlərində su hovuzu tikildi

Ermənistanla sərhəd kəndlərində su hovuzu tikildi

Ermənistanla sərhəd kəndlərində su hovuzu tikildi

Qazaxın Ermənistanla sərhəd kəndləri suvarma suyu ilə təmin olundu

Qazaxın Ermənistanla sərhəd Alpout, Abbasbəyli, Fərəhli və Ülkməzli kəndləri suvarma suyu ilə təmin olunub. 4 kəndi əhatə edən layihə suvarılan ərazilərdən əlavə 1000 hektar dəmyə sahəni də əhatə edir. 
Layihənin icrasina 2009-cu ildən başlanıb. Fərəhli və Abbasbəyli kəndi coğaz su anbarından 300-350 metr yüksəklikdə yerləşdiyi üçün Fərəhli kəndində 1000 kub metrlik su hovuzu inşa olunub. Coğaz su anbarından Fərəhlidəki hovuza suyu ötürmək üçün 4 nasos quraşdırılıb. Anbardan hovuza boru xətti çəkilib. Əlavə quraşdırılan 2 nasos isə Alpout və Ülkməzli kəndlərini suvarma suyu ilə təmin edir.
İş icraçısı Xəlil Xəlilov: “1000 kubluk baseniyə su vurulub və 1000 hektar sahənin suvarılması nəzərdə tutulub. İnsanların özündən asılı olaraq taxıl da əkəcək, arpa da əkəcək, ot sahələri də olacaq yonca sahələri də salacaqlar. Bu layihə bizim camaatın rifah halının yaxşılaşdırıması üçün nəzərdə tutulub”. 
Fərəhlidə tikilən hovuzun yaxınlığında sahələri suvarmaq üçün bir vaxtlar da anbar olub. Lakin münaqişə başlayandan sonra anbardan istifadə mümkün olmadığından Fərəhli və Abbasbəyli kəndlərinin sahələri dəmyə əraziyə çevrilib. Ona görə də, burada yeni anbar inşa olunub və ərazilər nahamar olduğu üçün hovuzdan sahələrə boru xətti çəkilib.
Fərəhli və Abbasbəyli kəndi ərazisindəki 1000 hektarlıq dəmyə sahə 22 ildən sonra su ilə təmin olundu”.
Kəndlərə suyun verilməsindən sonra sakinlər yaxın günlərdə təsərrüfat işləri görmək üçün şumlama və əkin işinə başlayacaqlarını dedilər.

Mənbə:ANS PRESS

19 oktyabr 2014
GO BACK