Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkar edilib.Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkarlandığı haqda məlumat daxil olub.Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər.Müəyyən olunub ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib.Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər.
Mənbə: Milli.Az