Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Milli.Az AzerTAc-a istinadən oktyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir:

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam havanın kəskinləşəcəyi, yağış yağacağı ehtimalı var. 

Cənub-qərb küləyi 9-14 m/s, səhər və gündüz arabir 15-20 m/s sürətlə əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinin 20-25 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Temperaturun gecə 14-17°, günün birinci yarısında 20-25°, axşam 10-12° isti, Bakıda gecə 14-16°, günün birinci yarısında 22-24°, axşam 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 23-28 m/s-dək güclənəcək.
Temperatur gecə 7-12°, günün birinci yarısında 22-27°, axşam 13-18° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, bəzi yerlərdə 28-33 m/s-dək güclənəcəyi, axşam bəzi yerlərdə 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var.

Temperatur gecə 4-8°, günün birinci yarısında 12-17°, axşam 5-9° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 25-30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Temperaturun gecə 10-15°, günün birinci yarısında 21-26°, axşam 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi yerlərdə 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.

Temperatur gecə 8-13°, günün birinci yarısında 19-24°, axşam 12-16° isti təşkil edəcək.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, bəzi yerlərdə 28-33 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Temperaturun gecə 11-16°, günün birinci yarısında 22-27°, axşam 12-17 ° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 5-10 m/s, arabir 20-25 m/s sürətlə əsəcək, bəzi yerlərdə 28-33 m/s-dək güclənəcək.
Temperaturun gecə 16-18°, günün birinci yarısında 21-27°, axşam 13-17°, dağlarda gecə 8-13°, günün birinci yarısında 15-20°, axşam 10-14° isti olacağı gözlənilir.

Mənbə:Milli.Az
19 oktyabr 2014
GO BACK