Qadin.NET / Türkiyədə daha bir nəfərdə ebola təhlükəsi

Türkiyədə daha bir nəfərdə ebola təhlükəsi

 

Türkiyədə daha bir nəfərdə ebola təhlükəsi

Türkiyədə Ebola virusuna yoluxduğu ehtimal edilən daha bir nəfər xəstəxanaya yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayəti sakini olan Kadriyə Bilgiç adlı qadının vəziyyəti Həcc ziyarətindən qayıtdıqdan sonra ağırlaşıb.
Müayinə zamanı qadında xəstəliyin simptomları aşkarlanıb. Həkimlər dərhal qadını karantin nəzarətinə götürüblər. Hətta onun yaxınları da xəstəxanaya ziyarətə buraxılmayıblar.
Qadının virusa yoluxduğu hələlik rəsmi şəkildə təsdiqlənməsə də, türk həkimlərinin şübhəsi çoxdur.

Mənbə:ANS PRESS

 

19 oktyabr 2014
GO BACK