Qadin.NET / Bu qədər insan yoxsulluqdan xilas olub

Bu qədər insan yoxsulluqdan xilas olub

 

Bu qədər insan yoxsulluqdan xilas olub

1990-cı ildən bəri dünyada azı 700 milyon insan yoxsulluqdan xilas olub.
ANS PRESS-in məlumatına görə, BMT baş katibi Pan Gi Mun 17 oktyabr - Beynəlxalq Yoxsulluqla Mübarizə Günündə belə deyib. Baş katib əlavə edib ki, hələ də dünyada günü 2 dollara yaşayan insanlar var.
Pan Gi Mun bildirib ki, 1990-cı ildən icra olunan BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" layihəsi nəticəsində yoxsul insanların sayı yarıbayarı azalıb.
BMT baş katibi dünyanı "Ebola" virusu ilə mübarizəyə çağırıb. Bildirib ki, bu, təkcə insanların sağlamlığını təhlükəyə atmır, həm də özəlliklə üç ölkədə - Liberiya, Sierra-Leone və Qvineyanın iqtisadi inkişafına zərbə vurur.

Mənbə:ANS PRESS

 

19 oktyabr 2014
GO BACK