Qadin.NET / Gürcüstan hədəfdə

Gürcüstan hədəfdə

 

Gürcüstan hədəfdə

Avropalı deputat Şərq Tərəfdaşlığının Riqa sammitindən danışıb

 

Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Xarici İşlər Komitəsinin üzvü Riçard Houitt Şərq Tərəfdaşlığı ilə bağlı keçiriləcək Riqa sammitindən danışıb. ANS PRESS-in məlumatına görə, o, Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə vizasız gediş-gəliş rejiminin tətbiq olunmasına və Aİ üzvlüyünə dair gözləntiləri ilə bağlı söyləyib ki, Gürcüstanda böyük əksəriyyətin Aİ-yə üzv olmaq istəklərindən xəbərdaram. Ümidvaram ki, Riqa sammiti Şərq Tərəfdaşlığının böyüməsini nəzərdə tutan sammit olacaq. Baş verən son hadisələr bu proqramın inkişafını ləngitməyəcək, lakin bu gün viza rejiminin ləğv olunması barədə hər hansı proqnozun verilməsi çox tezdir. Onun sözlərinə görə, regionda yaşayan insanların Aİ ilə daha sıx bağların olmasını istəmələri tərəfimizdən müsbət hal kimi qarşılanır. Bizim bu dialoqda iştirak etməkdə maraqlı olduğumuzu Gürcüstan və qonşu ölkələri bilməlidir.
Xatırladaq ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.

 Mənbə:ANS PRESS 

19 oktyabr 2014
GO BACK