Qadin.NET / Ermənilərin yeni düşməni

Ermənilərin yeni düşməni

 

Ermənilərin yeni düşməni

Gürcüstanla Rusiya arasında getdikcə güclənən ciddi münaqişə Ermənistan üçün ağır nəticələr verə bilər. 
ANS PRESS-in məlumatına görə, bu barədə bü gün yazdığı məqaləsində erməni şərhçi Naira Ayrumyan bildirib. 
Şərhçi məqaləsində Rusiya ilə Gürcüstanın Abxaziya məsələsində anlaşa bilmədiklərini vurğulayıb. Hazırda Rusiya Abxaziya ilə əməkdaşlıq sazişi bağlamaq istəyir, Gürcüstan isə bunu öz ərazisinin ilhaqı sayır. 
“Əgər Tiflis Rusiya ilə münasibətləri kəsərsə, Gürcüstan sadəcə Ermənistanı Rusiya ilə birləşdirən yolu bağlaya bilər. Avrasiya İttifaqına girmiş Ermənistanın Rusiya ilə başqa əlaqəsi yoxdur və Gürcüstanda bunu yaxşı başa düşürlər”,- deyə Naira Ayrumyan vurğulayır.
Erməni şərhçinin sözlərinə görə, Türkiyə və Azərbaycanla da sərhədləri bağlı olan Ermənistan anlamalıdır ki, öz siyasətini yalnız hansısa bir ölkə ilə perspektivsiz və kövrək asılılıq üzərində qurmaq olmaz. 

Mənbə:ANS PRESS

 

19 oktyabr 2014
GO BACK