Qadin.NET / Bakıda konsert olacaq

Bakıda konsert olacaq

 

Bakıda konsert olacaq

Konsert müstəqillik və bayraq günlərinə həsr edilib

 

Dövlət müstəqilliyi günü ilə bağlı konsert olacaq. ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Sarayında 31 oktyabr tarixində Dövlət Müstəqilliyi (18 oktyabr) və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr) ilə əlaqədar “Yaşasın müstəqilliyimiz, ucalsın bayrağımız" adlı konsert keçiriləcək. Əməkdar artist Eldar Məmmədovun rəhbərliyi ilə, instrumental ansamblın müşayiət edəcəyi bayram konsertində respublikanın xalq artistləri, əməkdar artistlər, və tanınmış sənətçilər çıxış edəcək.Konsert proqramında, xalq artistləri Mübariz Tağıyev, Heydər Anatollu, əməkdar artistlər Zöhrə Abdullayeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Mətanət İsgəndərli, Teyyub Aslanov, tanınmış sənətçilər Rəşad İlyasov, Rüfət Axundov, Cəlal Abbasov, Samir Piriyev, Əlikram Bayramov, Zabitə Alıyeva, meyxanaçı Ağamirzə və “Rasimlər” folklor qrupu iştirak edəcək. 
Biletləri şəhərin kassalarından əldə etmək olar.

 Mənbə:ANS PRESS 

18 oktyabr 2014
GO BACK