Müğənni və model prezident olan ərindən çox qazanır
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin arvadı Karla Bruni axşam şou proqramına qatılıb. "Axşam Eyfel qülləsində" adlı verilişə qatılan keçmiş birinci xanım yeni diskinin çıxması ilə əlaqədar efirə çıxıb. O, verilişdə nəinki diski, hər şey barəsində danışıb, həyat yoldaşını Sarko adlandırıb. Bruni bütün həyatı boyu işlədiyini deyib. "Fransada birinci xanım olmaq geyinməyi və nə zaman susacağını bilməkdir. Mənim heç bir stilistim olmayıb. Makiyajımı çox vaxt özüm edirdim, geyimlərimi özüm seçirdim".
İlk diskinə görə, karla 1,3 milyon avro alıb. O, hətta ərindən çox pul qazanır. Belə ki, ötən il o keçmiş prezident olan ərindən 3 milyon çox gəlir əldə edib.
Keçmiş model və müğənni yaşını da utanmadan açıqlayıb. O, qürurula iki uşaq anası olan 47 yaşlı qadının istədiyi kimi görünə biləcəyini deyib. "Bircə Sarkonun xoşuna gəlsin".
Mənbə:ANS PRESS