Qadin.NET / Sabahdan hava kəskin dəyişir

Sabahdan hava kəskin dəyişir

Sabahdan hava kəskin dəyişir

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilin məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.Temperaturu gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Rayonlarda oktyabrın 19-da gecə və səhər bəzi yerlərdə duman olacaq. Çiskinli yağış yağacağı, hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb. Xəbərdarlıqda oktyabrın 19-u günün ikinci yarısından etibarən havanın dəyişəcəyi, axşama doğru kəskinləşəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq və axşam doğru şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzədək davam edəcək. Arabir yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur. 

Havanın temperaturunun oktyabrın 19-u günün birinci yarısında 20-25 dərəcə isti olacağı, axşam saatlarından başlayaraq kəskin, 10-12 dərəcə aşağı düşəcəyi, oktyabrın 20-də isə gecə və gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir. 
Rayonlarda oktyabrın 19-da şimal və qərb bölgələrindən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Oktyabrın 19-dan 20-si gündüzədək güclü qərb küləyi əsəcək. Temperatur oktyabrın 19-u axşamdan başlayaraq oktyabrın 20-də ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı düşəcək.

 Mənbə:ANS PRESS 

18 oktyabr 2014
GO BACK