İki ölkə Türkiyə yaxınlığında hərbi təlimlərə başlayır
Kipr respublikasının prezidenti Nikos Anastasiades Türkiyəyə əzələ nümayiş etdirmək üçün Rusiya və İsraillə birgə hərbi təlimlər keçirmək barədə razılıq əldə edib.ANS PRESS-in məlumatına görə, Rusiya və İsrail Silahlı Qüvvələri oktyabrın 20-də Kiprdə hərbi təlimlərə başlayacaq. Təlimlərdə Rusiya donanması Kiprlə Suriya arasındakı neytral sularda raket atışları həyata keçirəcək.Digər tərəfdən isə İsrail donanması Kiprlə Krit adası arasındakı neytral sularda hərbi təlimlər keçirəcək. Bundan başqa İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Kipr səmasında uçuşlar həyata keçirəcək. Hərbi təlimlər 2 gün davam edəcək.
Mənbə: ANS PRESS