Qadin.NET / Vətəndaşlar pulsuz müayinədən keçdi

Vətəndaşlar pulsuz müayinədən keçdi

 

Vətəndaşlar pulsuz müayinədən keçdi

Aksiya zamanı həkim qrupu onlarla kənd sakinini müayinə edib

 

Kürdəmirin Mollakənd kənd sakinləri pulsuz müayinədən keçib. ANS PRESS-in Azərbaycan Tibb Universitetinə istinadla verdiyi məlumata görə, bu xeyriyyə aksiyası Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə həyata keçirilib.Aksiya zamanı ATU-nun müxtəlif ixtisaslı həkim qrupu onlarla kənd sakinini müayinə ediblər. Aksiyaya qatılan rayon sakinləri müayinə ilə yanaşı, zəruri həkim məsləhəti də alıblar. Hətta ətraf kəndin sakinləri də Mollakəndə gələrək həkimlərə müraciət edib. Müayinələrdən sonra səhhətində problem aşkarlanan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndəriliblər.
Qeyd edək ki, bu səfərki aksiyada endokrinoloq dossent Əfəndiyev Tərlan, terapevt-kardioloq Zeynalov Fikrət, pediatr Nəsirova Səbahət, nevropatoloq Musayeva Aygün, onkoloq Cəfərova İnarə, ginekoloq Əliyeva Pərvanə, oftalmoloq ​Əlizadə Leyla və USM həkimi Əliyeva Səidə iştirak ediblər.

Mənbə: ANS PRESS

18 oktyabr 2014
GO BACK