Bölgədə qar yağması hazırlıqsız olan sürücülərə çətin anlar yaşadıb
Türkiyənin Van şəhərində ötən gün səhər saatlarında başlayan yağış sonradan qara dönüb. ANS PRESS-in məlumatına görə, bölgədə qar yağması hazırlıqsız olan sürücülərə çətin anlar yaşadıb. Xüsusilə Van – Baxçasaray magistral yolunda qarla yanaşı havanın qatı dumanlı olması avtomobillərin hərəkətinə maneə törədib. Bəzi sürücülər usə yola davam edə bilməyərək geri qayıdıblar. Qeyd edək ki, ötən gün başda paytaxt Moskva olmaqla Rusiya Federasiyasının bəzi şəhərlərinə də mövsümün ilk qarı yağıb.
Mənbə: ANS PRESS