Səbail və Suraxanı rayonlarında səyyar qəbullar keçirilib.ANS PRESS-in Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.
Növbəti səyyar qəbullar bu gün Səbail və Suraxanı rayonlarında keçirilmişdir. Səbail rayonu üzrə 51 в„–li məktəbdə keçirilən səyyar qəbulda 2, 7, 50, 51, 162, 219 в„–li məktəblərin, 9 в„–-li Uşaq-Gənclər İdman Məktəbi, 20 в„–-li Uşaq Yaradıcılıq Mərkəzi və 35 в„–-li Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Suraxanı rayonu üzrə 226 в„–li məktəbdə keçirilən səyyar qəbula isə Bülbülə qəsəbəsində yerləşən 79, 87, 140, 208, 226, 232, 327 в„–li məktəblərin, Əmircan qəsəbəsində yerləşən 84, 85, 97, 114, 154 в„–li məktəblərin, 18 в„–-li Uşaq-Gənclər İdman Məktəbinin, 48 в„–-li Tərbiyə işi Mərkəzinin, Yeni Suraxanı qəsəbəsində yerləşən 89, 101, 316 в„–li məktəblərin müəllim və valideynləri müraciət ediblər.Səyyar qəbullar saat 10:00 – da başlayıb və vətəndaşların müraciəti bitənədək davam edib. Səbail rayonu üzrə ümumilikdə 9 müraciət, Suraxanı rayonu üzrə isə 6 müraciət qəbul edilib.Əsas müraciətlər məktəblərin təmir edilməsi, müəllimlərin yerdəyişməsi, məktəblərdə idman zalı və akt zallarının müasir avadanlıqlarla təchiz olunması, şagirdlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün məktəbdənkənar təhsil müəssisələrinin nümayəndələrinin ümumtəhsil məktəblərində təlim keçirilmələrinə əlverişli şəraitin yaradılması ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Mənbə:ANS PRESS