Qadin.NET / Qarabağ xalçaları Amerikada satışa çıxarılacaq (FOTO)

Qarabağ xalçaları Amerikada satışa çıxarılacaq (FOTO)

 

Qarabağ xalçaları Amerikada satışa çıxarılacaq (FOTO)

Amerikanın "Sotheby's" hərrac evi "Important English and Decorative Arts" adlı hərrac keçirəcək

 

Qarabağ xalçaları Amerikada satışa çıxarlacaq. ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, "Sotheby's" hərrac evi "Important English and Decorative Arts" adlı hərrac keçirəcək. Sözügedən auksion oktyabrın 22-də Nyu-Yorkda reallaşacaq.Burada "əjdaha" rəsmli (Qarabağ xalçalarının fərqləndirici xüsusiyyəti) iki xalça təqdim olunacaq. Hərracda təqdim olunan xalçalar kifayət qədər ənənəvi modellərdir və bir neçə yerdə restavrasiyaya məruz qalıblar. Robert Qillin kolleksiyasından olan XVIII əsr Qarabağ xalçası "Əjdaha və Simurq" altqrupuna aid edilər bilər, Krokerlər ailəsinin kolleksiyasından olan digər xalça isə "Dörd Əjdaha" altqrupuna aiddir.

 

Qarabağ xalçaları Amerikada satışa çıxarılacaq (FOTO)

 

Qarabağ xalçaları Amerikada satışa çıxarılacaq (FOTO)

 

 

Mənbə: ANS PRESS

17 oktyabr 2014
GO BACK