Oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18 oktyabrda gözlənilən hava şəraitini açıqlayıb.
ANS PRESS-in Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 18-də gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Mənbə:ANS PRESS