Qadin.NET / 18 oktyabrda iş olmasın

18 oktyabrda iş olmasın

 

18 oktyabrda iş olmasın

Bunu deputatlar təklif edirlər

 

"18 oktyabr qeyri-iş günü olsun". Bu təkliflə bu gün Milli Məclisin iclasında bəzi deputatlar çıxış ediblər. Fərəc Quliyev dövlət müstəqilliyinin lehinə imza atan bəzi şəxslərin indi vəziyyəti yaxşı olmadığını deyib. "Milli Məclis bunu nəzərə almalıdır”.

 Onun sözlərinə görə, Milli Məclis 18 oktyabr tarixini Dövlət Müstəqilliyi günü ilə bağlı qeyri-iş günü elan etməlidir.
Deputat Vahid Əhmədov Dövlət Müstəqillik günü ilə bağlı ölkədə silsilə tədbirlər həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Mən Müstəqillik gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı”.

 Mənbə: ANS PRESS 

17 oktyabr 2014
GO BACK