Qadin.NET / Bu dəfə yol bağlanmayacaq

Bu dəfə yol bağlanmayacaq

 

Bu dəfə yol bağlanmayacaq

2015-ci ildə keçiriləcək Avropa Oyunları zamanı Respublikamızda heç bir yol bağlanmayacaq.Bunu “Günə Baxan” verilişində qonaq olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, 2015- ci ildə keçiriləcək Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetməsi Mərkəzi seçilib. Mərkəzdə artıq bir ildən çoxdur ki, hazırlanan tədbirlər planı artıq yekunlaşaraq təsdiq olunub. 
Şəfa Mehmanqızı Avropa Oyunlarına gələn yarışmaçıların və qonaqların İntellektual İdarəetmə Mərkəzi tərəfindən təyin olunmuş marşrut üzrə yarış keçirilən ünvana rahat şəkildə gedə biləcəklərini açıqladı. 
Həmçinin Şəfa xanım onu da vurğuladı ki, bu zaman yerli sakinlər heç bir əziyyət çəkməyəcək. Bunun üçün bütün məsələlər düşünülüb və heç bir yol bağlanması olmayacaq. 

 

Mənbə: ANS PRESS

17 oktyabr 2014
GO BACK