Qadin.NET / Bu tələbələr ödənişdən azad olunsun

Bu tələbələr ödənişdən azad olunsun

 

Bu tələbələr ödənişdən azad olunsun

Ali məktəblərə daxil olan I və II qrup əlillərin təhsil haqqından azad olunmasını təklif edilib. ANS PRESS-in məlumatına görə, bu təkliflə millət vəkili Qənirə Paşayeva çıxış edib. 
Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib.Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərinin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.

 

Mənbə: ANS PRESS

17 oktyabr 2014
GO BACK