Salyan rayonunda tut ağacı ikinci dəfə bar gətirib.Salyan rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, tut ağacı ikinci dəfə bar gətirib. Payız fəslində təbiətin bu qeyri-hadisəsi rayonun Seyidsadıqlı kəndində baş verib. Həmin kəndin sakini Səfayəddin Qafarovun həyətyanı sahəsində tut ağacının ikinci dəfə bar verməsi hər kəsi təəccübləndirib.Artıq sentyabrın ortalarından bu günə kimi ailə üzvləri tutun barından yeyirlər. Əvvəllər bağlarında bəzi meyvələrin vaxtsız bar gətirdiyini deyən ev sahibi tut ağacının ilk dəfədir ki, ikinci dəfə bar verdiyini deyir. Ümumilikdə isə tut ağacının payızda bar verməsi ona yaxışı qulluq göstərilməsi ilə izah olunur.
Mənbə: ANS PRESS