Peru polisi aşkar edilmiş saxta pulları ictimaiyyətə nümayiş etdirib
Peruda ölkə tarixində indiyədək ən böyük dəyərli saxta əskinaslar ələ keçirilib. ANS PRESS-in məlumatına görə, Peru polisi 6 milyon dollar və 400 min avro dəyərində saxta əskinaslar aşkarlayaraq müsadirə edib. Paytaxt Limada keçirilən mətbuat konfransında bu barədə məlumat verilib. Polis yerli cinayətkar dəstələrdən birinin saxta əskinas hazırlamaq üçün istifadə etməyi planlaşdırdığı külli miqdarda kağızı da nümayiş etdirib. Saxta əskinaslar və kağızlar Limada anbarlardan birində aşkar edilib və dövriyyəyə buraxılmağa hazır olub. Peruda təkcə bu il əskinas əməliyyatları çərçivəsində 10 nəfər həbs edilib, ümumilikdə 14 milyon dollar və 900 min avro dəyərində saxta əskinas müsadirə edilib. Ölkə həm də ABŞ dollarının saxtalaşdırılması üzrə dünyada birinci pillədə qərarlaşıb.
Mənbə: ANS PRESS