Qadin.NET / Cəbhə xəttində atışma

Cəbhə xəttində atışma

 

Cəbhə xəttində atışma

 

Cəbhə xəttində atəşkəs yenidən pozulub.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. 
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub

 Mənbə:ANS PRESS 

17 oktyabr 2014
GO BACK