Bazar günü (19 oktyabr 2014) Mars planetinin yaxınından quyruqlu ulduz keçəcək. ANS PRESS-in məlumatına görə, milyon ildən bir baş verən bu hadisəni Marsın orbitində olan kosmik vasitələrlə müşahidə etmək mümkün olacaq. Amerika Milli Aviasiya və Kosmik Agentliyinin (NASA) açıqlamasına görə, quyruqlu ulduz qırmızı planetin 140 000 km yaxınlığından, saatda 202 767 km sürətlə keçəcək. Xatırladaq ki, NASA-nın “Maven” adlı kosmik vasitəsi bir neçə gün əvvəl qırmızı planetdən ilk görüntüləri yollayıb. Təxminən 10 ay davam edən 711 milyon km səyahətdən sonra sentyabrın 21-də Marsın orbitinə girən kosmik vasitə günəşdən ayrılan və fəzada dolaşan hissələrin bu planetdə səbəb olduğu fırtınanı görüntüləmişdi.
Qeyd edək ki, kosmik fəzada NASA ilə yanaşı Avropa Kosmik Agentliyinin, Rusiya Kosmik Agentliyinin və Hindistan Kosmik Agentliyinin də Marsın orbitində kosmik vasitələri var.
Mənbə: ANS PRESS