Qadin.NET / İnternetə qoşulanlar 33 milyarda çatacaq

İnternetə qoşulanlar 33 milyarda çatacaq

 

Strategy Analytics tədqiqat şirkətinin yeni hesabatına əsasən, 2014-cü ilin sonunadək dünyada internetə çıxış imkanına malik təxminən 12 milyard qurğu istifadə olunacaq ki, bu da planetin hər bir sakini üçün 1,7 qurğu deməkdir. Mütəxəssislərin proqnozuna görə, 2020-ci ilədək bu nisbət 4,3-dək artacaq, fərdi kompüter, smartfon, planşet, ağıllı televizorlar, daşınan elektronika və başqa ağıllı cihazlar kimi istifadə edilən internet-qurğuların ümumi sayı 33 milyarda çatacaq.

 

Analitiklərin diqqətini çəkən məsələ odur ki, internetə qoşulmuş ənənəvi qurğular (kompüter, smartfon və planşetlər) internetə çıxışa malik cihazların ümumi sayının 33%-dən az hissəsini təşkil edir. M2M-həllər, smart ev, ağıllı energetika sistemləri (Smart Grid) və ağıllı şəhərlər (Smart City) kimi yeni kateqoriyalar getdikcə populyarlaşır. Gözləntilərə əsasən, dünyada 2020-ci ilədək yeni kateqoriyalara aid 17,6 milyard internetə qoşulmuş qurğu olacaq.
Mənbə: Milli.Az
17 oktyabr 2014
GO BACK