Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az Azər Taca-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacağı ehtimalı var.Cənub küləyi 5-10 m/s, səhər və gündüz arabir 15-17 m/s sürətlə əsəcək.Temperaturun gecə 14-17°, gündüz 20-25°, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperatur gecə 8-13°, gündüz 20-25° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperatur gecə 4-8°, gündüz 11-16°, bəzi yerlərdə 18° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperatur gecə 10-15°, gündüz 20-25° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.
Temperaturun gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperaturun gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, səhər dağlarda duman olacağı gözlənilir.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperatur gecə 15-17°, gündüz 20-24°, dağlarda gecə 9-14°, gündüz 13-18° isti təşkil edəcək.

Mənbə: Milli.Az

17 oktyabr 2014
GO BACK