Qadin.NET / Yağış qayıdır

Yağış qayıdır

 

Yağış qayıdır

Rayonlarda yağış, Bakıda isə çiskin olacaq

 

Sabah yağış gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 

Mənbə: ANS PRESS 

16 oktyabr 2014
GO BACK