"Bakıdakı Olimpiada da Ermənistan komandasını görməyə hazırıq"Azərbaycanlı şahmatçılar Ermənistana gedə bilərlər. Onlar gələn il Ermənistanda keçiriləcək yığmalararası dünya çempionatına qatıla bilər.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmat üzrə Bakı Qran-Pri turnirinin yekunlarıyla bağlı jurnalislərin suallarına cavabında deyib.
Qeyd edək ki, bir il sonra olimpiada ölkəmizdə olacaq. "Bir-birinə düşmən olan ölkələrin komandalarının qarşı tərəfə səfər etməməsiylə bağlı razılıq əldə oluna bilərmi, və ya əksinə?" sualına cavabında M.Məmmədov bunun ölkələrin daxili işi olduğunu deyib.
"Hər iki tərəf lazımi təminatlar verib və verəcək. İrəvana səfər haqda düşünüb, yekun qərarımızı verəcəyik. Avropa Oyunlarına erməni idmançılar dəvət olunub və ümidvaram ki, məsələ müsbət həll olunacaq. Şahmat Olimpiadasında da Ermənistan komandasını görməyə hazırıq. Yaşayarıq, görərik. Bu məsələnin sakit tərzdə müzakirə olunması belə az iş deyil".O, Bakıda təşkil olunacaq Dünya kuboku və şahmat olimpiadasının baş tutacağı məkanın da artıq bəlli olduğunu deyib. Belə ki, olimpiada “Kristal Zal”da keçiriləcək.
Mənbə: ANS PRESS