Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə duman olacağı gözlənilir.Cənub küləyi 5-10 m/s, gecə və səhər arabir 12-14 m/s, axşam şimal küləyi 9-14 m/s sürətlə əsəcək.Temperaturun gecə 13-16°, gündüz 22-27°, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 22-27° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperatur gecə 4-9°, gündüz 14-19° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.Şərq küləyi 5-10 m/s sürətlə əsəcək.Temperaturun gecə 15-17°, gündüz 20-25°, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az