Qadin.NET / Ronaldo rekordları alt-üst edir

Ronaldo rekordları alt-üst edir

Ronaldo rekordları alt-üst edir
Mövsümə uğurlu start verən Kriştiano Ronaldo "Real"ın formasını geyindiyi 11 rəsmi qarşılaşmada 17 qola imza atıb.ANS PRESS-in məlumatına görə, bu mövsüm sadəcə "Real Sosyedad"a 2:4 hesabı ilə yenildikləri matçda forma geyinməyən portuqaliyalı 6 La Liqa matçında 13 dəfə fərqlənib.
Ronaldo UEFA Super Kuboku və Çempionlar Liqasının hər birində 2 qola imza atıb. Son 3 ildi "Real" forması ilə rekordları alt-üst edən futbolçu 17 qolla ən uğurlu mövsüm başlanğıcını edib. O, 2012/13 mövsümünün eyni dönəmində 14, FIFA-nın "Qızıl top" mükafatını qazandığı 2013/14 mövsümündə 9 qol vurmuşdu.
16 komandadan daha artıq...La Liqada 25 qol vuran "Real"ın 13 qolunda imzası olan Ronaldo 20 klubun çıxış etdiyi çempionatın 16 təmsilçisindən daha məhsuldar olub. Sadəcə "Barselona" (19) və "Valensiya"dan (17) az qol vuran portuqaliyalı rəqib qapılarından "Sevilya" ilə eyni sayda top keçirib. Kriştiano 7 turdan sonra "Atletiko", "Selta", "Vilyarreal", "Espanyol", "Eybar", "Almeriya", "Malaqa", "Rayo Vallekano", "Qranada", "Xetafe", "Real Sosyedad", "Elçe", "Levante", "Atletik", "Kordoba" və "Deportivo"dan daha çox fərqlənib.
Het-trik kralıRonaldo "Atletik" matçında vurduğu 3 qolla La Liqada 22-ci het-trikini edərək İspaniyanın futbol əfsanələrindən olan Alfredo Di Stefano və Telmo Zarranın rekorduna şərik çıxıb. Bu mövsüm "Atletik" matçından başqa "Deportivo" ilə oyunda da 3 qol vuran futbolçu "Elçe"nin qapısına 4 qol vurub.ÇL-də rekorda bir addım gəldi
Ronaldo Çempionlar Liqası tarixinin ən çox qol vuran oyunçusu olmağa çox yaxındı. Belə ki, o, turnirdə daha iki qol vuracağı halda Raulun rekorduna şərik çıxacaq - 71 qol. Ronaldodan sonra bu rekorda iddia edən Lionel Messi indiyədək Çempionlar Liqasında 68 qola imza atıb.
Portuqaliyalı həmçinin "Real" tarixinin ən çox qol vuran futbolçu olmağa da iddialıdı. Hələlik bu rekordu əlində saxlayan Raul "Kral Klubu"nun forması ilə 323 dəfə fərqlənib. 269 qol vuran Ronaldo Alfredo di Stefano (321) və Karlos Santillanadan (289) sonra 4-cü yeri tutur. Millinin bombardiri
Ronaldo həm də Portuqaliya millisinin ən məhsuldar futbolçusudu. 2003-cü ildə milli formanı geyinən futbolçu 115 oyunda 50 dəfə fərqlənib. Ona karyerasını davam etdirənlər arasında ən yaxın olan oyunçu Helder Poştiqadı - 27 qol.

Mənbə6 ANS PRESS

15 oktyabr 2014
GO BACK