Hərbi gəmilər Xəzərə çıxarıldı
İran və Rusiya Xəzər dənizində birgə təlimlər keçirib.ANS PRESS-in məlumatına görə, təlimlər qaçaqmalçılıqla birgə mübarizə, dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilib.Təlimlərə Rusiyanın 2 freqatı və İran Dəniz Qüvvələrinin gəmiləri cəlb olunub. İran Dəniz Qüvvələrinin komandiri Habibullah Səyyari bildirib ki, təimlərin keçirilməsi üçün bir müddətdir ki, rusiyalı həmkarları ilə müzakirələr aparılıb:"Xəzər dostluq dənizidir. Bura xarici qüvvələr daxil olmamalıdır. Xəzəryanı ölkələrlə birgə çalışaraq, dənizin bizə verdiyi nemətlərdən bütün ölkələr yararlanmalıdır".Qeyd edək ki, İran hərbi gəmiləri ötən ay Bender Abbas limanında 2 Çin hərbi gəmisilə də birgə təlimlər keçirmişdi.
Mənbə: ANS PRESS
15 oktyabr 2014
GO BACK