Tibb işçiləri axtarılır. Səhiyyə Nazirliyi Bakı 2015 I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan verib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı gələn ilin yayında I Avropa Oyunlarında iştirak etmək üçün Bakıya toplaşacaq.
Onlar 20 günə yaxın müddət ərzində ölkəmizdə olacaqlar.
İştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.
Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən aşağıdakılar tələb olunur:
-Ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə)
-25 - 45 yaş arası
-Xarici dilləri bilən şəxslərə üstünlük verilir
Maraqlananlar tərcümeyi-hallarını [email protected] elektron poçtuna 31.10.2014-cü il tarixinədək göndərməsi xahiş olunur.
Mənbə: ANS PRESS