Erməni ordusu ləğv edilir
Hazırda Rusiyanın yüksəkçinli üç qrup zabiti Ermənistandadır və müstəqil erməni ekspertlər onların fəaliyyətinin Ermənistan ordusu ləğv edilməsi ilə bağlı olduğunu bildirirlər. ANS PRESS-in məlumatına görə, rus hərbçilərinin İrəvan ziyarətinin rəsmi səbəbi “Silahlı Qüvvələrin komplektləşdirilməsi, çağırış yaşına qədər vətəndaşların uçotu və səfərbərlik hazırlığı məsələlərinin birgə müzakirəsi”dir. Erməni şərhçi Naira Ayrumyan görüşdə bu cür məsələlərin müzakirəsinin çox təhlükəli olduğunu söyləyir: “Ordunun çox “intim” məsələlərinin müzakirə edilməsi iki ordunun təhlükəli “yaxınlaşması” deməkdir. Rus hərbçiləri Ermənistanda nə qədər çağırışçının olmasını niyə öyrənmək istəyirlər? Yəqin Moskva Ermənistan ordusunu öz bazasına birləşdirmək istəyir”. Şərhçinin fikrincə, Sarkisyan Avrasiya İttifaqına daxil olmaq üçün sazişə qol çəkdikdən sonra Moskva ilk öncə Ermənistan ordusunu zəiflədib mənimsəməyə çalışır: “Rus generalların İrəvana hüjumundan görünür ki, bu proses artıq başlayıb”.
mənbə: ANS PRESS
15 oktyabr 2014
GO BACK