Qadin.NET / Bu ölkədə qız qaçırmağa icazə verilir

Bu ölkədə qız qaçırmağa icazə verilir

Bu ölkədə qız qaçırmağa icazə verilir
XXI əsr olsa da qızqaçırma bəzi ölkələrin hələ də qədim adət-ənələri sırasındadır. ANS PRESS-in məlumatına görə, Qaxazıstanda qız qaçırma 1994-cü ildən sərbəstdir. Hələ də davam edən bu adət ənənə insan haqlarının müdafiəçilərinin böyük narazılığına səbəb olub. Belə ki, bu ölkədə insanların gözü önündə qız qaçırılsada bu hadisəni görənlər demək olar ki, heç bir reaksiya vermirlər. Görülən bütün tədbirlərə baxmayaraq yüz illərdir davam edən bu adətin qarşısını almaq mümkün olmur. Kişilər tanış olduqları qızların başına örtük atıb qaçırırlar. Bu şəkildə qaçırılan qızın geri dönüşü imkansız olur. 

Çox hallarda bundan ailələrdə xəbərdar olur və onlar gəlinin gəlişinə hazırlıqlı olur. Qaçırılma zamanı qızın fikri nəzərə alınmır və toy hazırlıqlarına başlayır. Əvvəlcə oğlanın anası qızı sakitləşdirməyə çalışır. Çox vaxt buna nail ola bilmir. Bu zaman dövriyyəyə qızın qohumları girilər. Ən yaxşı halda qızın qardaşı onu ancaq bir az sakitləşmək üçün evə aparmağa razılaşır. Qız qaçıran oğlan qarşı tərəfə başlıq pulu ödəyir.Qız ata evindən sonra qısa müddət ərzində yenidən qaçırıldığı evə gətirilir. Bundan sonra təcili halda toy hazırlıqları başlayır. Qızın razılığı olmasa belə ailə bir yerə toplaşaraq mərasimi həyata keçirir. 

Mənbə: ANS PRESS

15 oktyabr 2014
GO BACK