Qadin.NET / Həcc ziyarəti bitdi

Həcc ziyarəti bitdi

 

Həcc ziyarəti bitdi

 Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ziyarət səfəri başa çatıb. ANS PRESS-in məlumatına görə, oktyabrın 11-15-i arası həyata keçirilən təyyarə reysləri ilə azərbaycanlı zəvvarlar artıq Vətənə qayıdıb. Sonuncu təyyarə reysləri bu gün həyata keçirilir.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun verdiyi məlumata görə, zəvvarların səhhətində heç bir ciddi problem olmayıb və ziyarət bütün qaydalara uyğun həyata keçirilib.Qeyd edək ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ziyarəti ayinlərini başa vurduqdan sonra mübarək Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən həyata keçirilir.Xatırladaq ki, bu il Həcc ziyarətinə gediş reysləri sentyabrın 23-28-nə, qayıdış isə oktyabrın 11-15-nə planlaşdırılmışdı. İŞİD terroru ilə bağlı təhlükə səbəbindən gediş yalnız təyyarə ilə həyata keçirilib. Zəvvarlarımızı qrup rəhbərləri və həkim briqadası müşayiət edib.

 Mənbə: ANS PRESS 

15 oktyabr 2014
GO BACK