Ermənistanın siyasi elitası çox narahat olub ki, bu Cənubi Qafqaz respublikası ilə Dağlıq Qarabağ arasında gömrük məntəqəsi yaradılacaq. Bu məsələ respubulikanın Avrasiya İttifaqına olması zamanı razılaşdırılıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu barədə hələ yay aylarında Astanada bildirmişdi. Erməni parlamentinin üzvü Aleksandr Arzumanyan bildirib ki, gömrük məntəqəsinin yaradılması intihara bərabərdir. "Mən çox ümid edirəm ki, bizim ölkənin hakimiyyəti buna yol verməyəcək", - deyə o, jurnalistlərə bildirib.
"Serj Sarkisyan Dağlıq Qarabağı bu cür təhdid altında qoymağa imkan verməz", - deyə Moskvadan xüsusi olaraq İrəvana uçmuş Rusiya ermənilərinin sədri Ara Abramyan deputatın dediklərini təkrarlayır.
Amma respublikanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan daha da uzağa gedib və bildirib ki, Ermənistan istənilən dəqiqə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.
Sözün düzü, o, yalan danışır. Onun nazirliyinin və ölkəsinin prezidentlərinin bu addımı atmaq üçün yetərincə vaxtı vardı, amma onlar bu qərarı vermədilər. Ermənilərə bu addımı atmağa icazə vermədilər və indi də icazə vermirlər. Çünki indi Ermənistan Avrasiya İttifaqına girən zaman imzaladığı öhdəlikləri yerinə yetirməyin üzərində düşünməlidir.
Bu yeni birliyinin digər üzvləri tamamilə müdrik və doğru addım atıblar, anlayıblar ki, Dağlıq Qarabağı gec və ya tez Azərbaycana qaytarmaq lazımdır. Bu prosesi hətta erməni gəvəzəliyi də dayandıra bilməz.
Mənbə: ANS PRESS