Qadin.NET / Bakıda 67 min uşaqda xəstəliklər aşkarlandı

Bakıda 67 min uşaqda xəstəliklər aşkarlandı

 

Azərbaycanda aparılan dispanserləşdirmələr onu göstərir ki, uşaqlar arasında ən çox tənəffüs üzvlərində, həzm prosesində problemlər var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrıNəsib Quliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə ana və uşaqların sağlamlığı ilə bağlı lazımi işlər görülür və müvafiq qanunlar qəbul edilir.
Baş pediatr qeyd edib ki, “Uşaqların dispanserləşdirilməsi haqqında” qanuna görə, uşaq anadan olandan 2 yaşa kimi ay ərzində 3 dəfə, 2 yaşından sonra 6 aydan bir, 3 yaşdan 18 yaşa kimi isə ildə 1 dəfə icbari şəkildə müayinədən keçməlidir: “Qanun həm tibb işçilərinə, həm də valideynlərə aiddir. Ona görə ki, qanuna görə, valideyn uşağın peyvənd olunmasından imtina edirsə, onda bu barədə yazılı müraciət etməlidir”.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev isə deyib ki, Bakı şəhəri üzrə 682 mindən çox uşaq var, onların 249 mini məktəbəqədər yaşdadır: “İcbari dispanserləşdirmə məktəblərdə də təşkil edilib. Aparılan müayinələr zamanı 67 min uşaqda müəyyən xəstəliklər qeydə alınıb, onların müəyyən qismində müalicə başa çatıb. Müayinələr iki mərhələdə aparılır”.

Mənbə: Milli.Az

 

15 oktyabr 2014
GO BACK