Qadin.NET / Təmizlik işləri görərkən...

Təmizlik işləri görərkən...

 

* Sobanı təmizləmək üçün istifadə edilən kimyəvi maddələr (xüsusilə də, sprey şəklində olanlar) havada zərrəciklər meydana gətirdiyi üçün dəriyə, gözə, ağciyərlərə zərərdir. Bunun qarşısını almaq üçün ondan istifadə etdikdə yaxşı ventilyasiya təmin edilməli, dəriyə təmas etməsin deyə rezin əlcək geyilməlidir. 

* Mebel və döşəmə cilalarının bəzilərinin tərkibində xərçəng xəstəliyi törədən maddə - fenol olduğu üçün dəriyə toxunduqda qabarıqlıq, yanıqlıq və sızanaqlar meydana gətirir. 
* Qab-qaşıq yumaq üçün istifadə edilən rəngli yuyucu maddələrdə xərçəng xəstəliyinə yol aça biləcək maddələr olur. Ona görə də rəngsiz yuyucu maddələrdən istifadə etmək məsləhət görülür. 
* Qabyuyan maşın üçün nəzərdə tutulan yuyucu maddələr su ilə qarışdıqda toksik xlor qazı meydana gətirir. Bu qazın mətbəxdə toplanması isə baş ağrısı, yorğunluq və göz yanmasına səbəb olur. 
* Uşaq olan evdə dibçək bitkilərinin qoyulması o qədər də məsləhət deyil. Çünki bəzi bitkilərin gövdəsi, yarpaqları, çiçəkləri zəhərlənməyə, hətta mədə yaralarına yol açır. 
* Ətir kimi istifadə olunan, eləcə də tərləmənin qarşısını alan dezodorantlar qoltuqaltı kisəciklərdə iltihab və dəri yanıqlarına səbəb olur. 
* Bəzi körpə bezlərində tərkibində “dioksin” maddəsi olan ağardılmış ağ kağızdan istifadə olunur. Bu bezlər körpənin immunitet sisteminə, həmçinin qaraciyərinə mənfi təsir göstərir...
Mənbə: Milli.Az

 

15 oktyabr 2014
GO BACK