Milli.Az islam.az-a istinadən tibb aləmi ilə bağlı bəzi maraqlı faktları oxucularına təqdim edir.
1. İnsan bədəninin ən yüksək temperaturu 1980-ci ildə Amerikanın Corciya ştatının Atlanta şəhərinin sakini Uill Consonda qeydə alınıb. Xəstəxanaya yerləşdirilərkən onun hərarəti 46,5°C təşkil edib. Xəstə 24 gündən sonra xəstəxanadan evə buraxılıb.
2. İnsan bədəninin sənədlə təsdiqini tapmış ən aşağı temperaturu 1994-cü il fevralın 23-də Kanadada qeydə alınıb. Reycana sakini olan 2 yaşlı Karli Kozlofskinin evinin qapısı kilidli olduğu üçün o, nə az, nə çox – 6 saat 22 dərəcə şaxtada qalmalı olub. Onun hərarəti isə 14,2°C təşkil edib.
3. Müxtəlif əşyaları udmaq xəstəliyinə düçar olan qadının mədəsindən əməliyyat zamanı 2533 kənar əşya aşkarlanmışdı, özü də bunlardan 947-si müxtəlif ölçülü sancaqlar olub. Maraqlıdır ki, qadın hərdən “mədəsindəki yüngül ağrılardan” şikayətlənirmiş.
4. İnsan mədəsində aşkarlanan ən ağır kənar əşyanın çəkisi 2,35 kq-lıq tük topası olub. Bəzən belə xəstələrə də rast gəlmək olur, onlar tük yeyirlər...
5. Bədəninə ən çox iynə vurulan Böyük Britaniya sakini Semuel Devidson olub. Həyatı ərzində ona ən azı 78900 dəfə iynə vurulub.
6. ABŞ sakini Çarlz Yensen isə dünyada ən çox sayda cərrahiyə müdaxiləsinə məruz qalan insandır. 1954-1994-cü illərdə o, 970 dəfə əməliyyat olunub.
7. Tarixə bəlli olan ən uzunmüddətli cərrahiyə əməliyyatı 96 saat davam edib. Əməliyyatdan sonra yumurtalığından şiş kəsilən xəstənin çəkisi 280 kq-dan 140 kq-a düşüb.
8. Ən uzun müddətli ürək dayanması isə Norveçdə qeydə alınıb. Berqen yaxınlığında dekabr ayında gəmidən dənizə yıxılandan sonra Yan Revsdalın bədəninin temperaturu 24°C-yə enib, ürəyi isə 4 saatlıq fəaliyyətini dayandırıb. Lakin süni nəfəsvermə cihazına qoşulandan sonra Yanı həyata qaytarmaq mümkün olub.
9. Dünyada bəlli olan ən ağır yüklənməyə isə 1977-ci ilin iyulunda Devid Perli adlı avtoyürüşçü məruz qalıb. Yürüş zamanı baş verən qəza nəticəsində 173 km/saat sürəti ilə hərəkət edən Perlinin sürəti cəmi 66 santimetr məsafədə sıfıra enib. Nəticədə həkimlər onun bədənində 29 sınıq və 3 çıxıq qeydə alıblar, idmançının ürəyi isə 6 dəfə dayanıb.
Mənbə: Milli.Az