Qadin.NET / Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?

Spirtli içkilərlərdən zəhərlənməyə səbəb nədir?

 

Spirtli içkilərdən zəhərlənmə halları artıb. Hətta bu halların bəziləri ölümlə nəticələnir. Bəs bu necə və niyə baş verir?

Milli.Az xəbər verir ki, moern.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, alkoqollu içkilər əksər hallarda standartlara cavab vermir:
“Birinci növbədə belə hallar spirtli içkilərin düzgün texniki standartlara uyğun hazırlanmaması ilə bağlıdır. Spirtli içkilərin müəyyən dozası var. Həmin dozanı keçdikdə yuxu effekti yarada, hətta ölümə də gətirib çıxara bilər. Satışda olan içkilərin əksəriyyəti texniki standartlara cavab vermir. Onlar müxtəlif yerlərdə hazırlanmış içkilərdir. Təəssüflər olsun ki, bu məsələ çox nəzarətsizdir. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da ki, orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, Azərbaycan bazarına standartlara cavab verməyən içkilər çıxarılmır:
“Komitə yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidməti tərəfindən mütəmadi olaraq araşdırmalar aparılır, nəzarət tədbirləri həyata keçirilir. Spritli içkilərin keyfiyyətinin, təhlükəsizliyinin, insan orqanizminə həyat və fəaliyyətinə, sağlamlığına hansı təsirləri edib-etməyəcəyini məhz nəzarət xidmətinin monitorinqi nəticəsində aşkar olunur. Bu gün yüksək standartlara uyğun məhsul istehsalı həyata keçirilir. Xaricdən məhsul idxal edilməmişdən əvvəl nümunə götürülür və yoxlanılır. Hər bir məhsulun uyğunluq sertifikatı olmalıdır. Sertifikatdan əvvəl məhsulun tərkibi laboratoriyada yoxlanılır. Əgər uyğun deyilsə, onun idxalına icazə vermirik”.

Mənbə: Milli.Az

 

15 oktyabr 2014
GO BACK